Vaqif Cavadov özünə yeni klub tapdı

Vaqif Cavadov özünə yeni klub tapdı
İDMAN
17:02 27.12.2017
1705

Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadovun karyerasını hansı klubda davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib.

 

AZXEBER.COM-un məlumatına görə, 28 yaşlı hücumçu "Keşlə”yə keçəcək.

 

Cavadov formasını bərpa etmək üçün bir müddət öncə paytaxt təmsilçisinin məşqlərinə qatılmışdı. Lakin tərəflər maddi məsələdə razılığa gələ bilmədikləri üçün Vaqif "Keşlə”nin düşərgəsini tərk etmişdi. Ancaq onun bu komandaya keçmək söhbəti yenidən gündəmə gəlib.

 

Hazırda tərəflər arasında danışıqlar aparılır. Məsələnin bu ayın sonuna kimi həllini tapacağı gözlənilir. "Keşlə” Cavadovla mövsümün sonuna qədər nəzərdə tutulmuş sözləşmə imzalamaq fikrindədi.

 

Albaniyanın "Kukesi” klubundan ayrılan Rauf Əliyevin də "Keşlə”yə keçmək variantı var. FİFA-nın qaydalarına əsasən, mövsüm ərzində 3-cü klubun formasını geyinmək mümkün olmadığından, təcrübəli hücumçunun çıxış yolu sabiq komandasına qayıtmaqdı. "Keşlə”nin məşqçilər korpusu da Raufla müqavilə imzalanmasına razıdı.

 

Qeyd edək ki, qış fasiləsində Məqsəd İsayev, Kamran Ağayev və Pablo Podio ilə anlaşan "Keşlə” rəhbərliyi əvəzində Elnur Abdullayev, Samir Zərgərov, İlkin Qırtımov və Mirsahib Abbasov kimi futbolçularla yolları ayırıb.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik