Vaqif Cavadova yüksək qiymət verdilər

İDMAN
20:58 24.10.2011
1554

Rusiya mətbuatı ölkə çempionatının “Krasnodar”la oyunundan sonra “Volqa” klubunun futbolçularının çıxışını qiymətləndirib.

Qol.Az-ın məlumatına görə, ruslar Nijni-Novqorod təmsilçisinin şərəfini qoruyan milli komandamızın hücumçusu bu dəfə daha yüksək qiymət veriblər. 22 yaşlı futbolçunun oyunu 5,5 balla qiymətləndirilib ki, bu da “Volqa” futbolçularına verilən ən yüksək baldır. Vaqiflə yanaşı, komandanın daha 5 üzvü bala layiq görülüb. Qeyd edək ki, “Volqa”nın son turda “Krasnodar”a 0:2 hesabı ilə məğlub olduğu oyunda Cavadov 66-cı dəqiqədə meydana daxil olmuşdu.

OXŞAR XƏBƏRLƏR