Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”

Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”
SOSİAL
14:48 19.10.2020
426

Nazirlər Kabineti yanında operativ qərargahın mövcud vəziyyətlə əlaqədar verdiyi qərara əsasən, sərnişin sıxlığının qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Bu barədə Oxu.Az-a aşıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sərnişin sıxlığı, eləcə də şəxsi nəqliyyat vasitələrinin çoxluğu avtomobil yollarında zolaqlar üzrə sıx cərgələnmə ehtimal yarada bilər ki, bu da ümumilikdə nəqliyyat vasitəsilərinin hərkətinə çətinlik yaranması riskini artırır:

 

"Odur ki, sərnişin daşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə bildiriş edib. Sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin reys qabağı nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə xüsusi diqqət ayırması bildirilir. Eyni zamanda marşurut üzrə normadan artıq nəqliyyat vasitələrinin sayca çoxluğunu təmin etməlidirlər. Eləcə də sərnişinlərin daşınması zamanı normadan artıq sərnişin götürülməsinə qarşı nəzarət gücləndirilməlidir. Hər şey Vətən üçün devizi altında, hər bir hərəkət iştirakçısı öz üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Sərnişinlər özü də avtobuslarda normadan artıq sərnişin gördükdə həmin avtobusa minməyib, növbəti avtobusu gözləməlidirlər. Bununla onlar həm öz, həm də ətrafdakı insanların (sərnişinlərin) sağlamlığını qorumuş olacaqlar”.

V.Əsədov taksi fəaliyyəti ilə məşğul olan sürücülərə də təmsil etdiyi qurum adından bildiriş ünvanlayıb:

"Avtomobillərin mütləq qaydada dezinfeksiya edilməsi, şəffaf arakəsmələrin qoyulması, qoruyucu vasitələrdən istifadə etmək və sərnişinlərin də istifadə etməsini tələb etmək şərtdir”.

Dayanma-durma qaydalarına düzgün riayət olunmamasının yolda nəqliyyatın hərəkətində süni sıxlıq yaratmasına da toxunan V.Əsədov bildirib ki, bunun qarşısının alınması məqsədilə "Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl edilməlidir.

"Bu istiqamətdə profilaktiki tədbirlər aparılır. Unutmayaq ki, bu gün hər bir hərəkət iştirakçısı arxa cəbhədə əsgər hesab olunmalıdır. Biz də bunu daim xatırlamalı və hər şeyin Vətən üçün, cəbhə üçün olduğunu bilməliyik. Qaydalara riayət olunması yol hərəkətində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə dəstəkdir”,- deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı