Vaqif Kərimov vəfat etdi - FOTO

Vaqif Kərimov vəfat etdi - FOTO
SOSİAL
19:58 08.06.2025
1358
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov uzun sürməyən xəstəlikdən sonra bu gün 84 yaşında vəfat edib.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, Vaqif Kərimov 8 dekabr 1940-cı ildə Şəkidə anadan olub.

O, 1948 - 1958-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbində, 1960 - 1965-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Uşaq yaşlarında incəsənətə böyük həvəs göstərib. Əvvəlcə rayon pionerlər evində İbad Salmanovun rəhbərlik etdiyi tar dərnəyində tarın, təhsil aldığı məktəbin dram dərnəyində isə teatr və aktyorluq sənətinin sirlərini öyrənib. Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rəhbərlik etdiyi Şəki rayon Mədəniyyət evinin dram dərnəyində həvəskar aktyor kimi çalışıb.

Vaqif Kərimov 1958-1960-ci illərdə Şəki ipək kombinatının klubunda görkəmli xanəndə və aktyor Yunis Qarabağlının rəhbərlik etdiyi "İpəkçi" xalq çalğı alətləri ansamblında tar ifaçısı, həmçinin həvəskar aktyor kimi çıxış edib.
 
Müxtəlif illərdə bir neçə bədii filmdə ("Arxadan vurulan zərbə" (Azərbaycanfilm), "Təyyarə yerə enmədi" (Özbəkfilm), "Amfibiya adam" (Lenfilm) epizodik rollarda çəkilib.

Azərbaycan Televiziyası ASC-nin "Telefilm" Yaradıcılıq Birliyi tərəfindən 2004-cü ildə Vaqif Kərimova həsr olunmuş "Yaxşı adam" adlı sənədli film çəkilib.

Şəki Veteranlar Şurasının məsul katibi, "Şəki Ensiklopediyası" jurnalının redaksiya heyətinin üzvü idi.

Vaqif Kərimov uzun müddət Mirzə Fətəli Axundov adına Şəki şəhər Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. Azərbaycanın mədəniyyət tarixinə dair onlarla məqalənin müəllifidir, fitri hafizəsinə görə o, "Şəkidə mədəniyyətin canlı ensiklopediyası" kimi tanınırdı.

Allah rəhmət eləsin.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb