Rejissor Vaqif Mustafayevə prezident İlham Əliyevin layiq gördüyü fəxri diplomun təqdimatı olub. Azərbaycanda silsilə filmlərin yaradılmasında xidmətlərinə görə verilən diplomu xalq artisti Vaqif Mustafayevə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev təqdim edib.Azərbaycanın müasir kino tarixində yer tutan filmlərinin bir çoxu məhz Vaqif Mustafayev yaradıcılığının bəhrəsidir. Maraqlı həyat hekayələrini bədiiləşdirən rejissor tamaşaçıları ekran qarşısına cəlb etməyi bacarıb.