Vaqif Sadıqov: “Millilərin son oyunlarından hamı narazıdır”

Vaqif Sadıqov: “Millilərin son oyunlarından hamı narazıdır”
İDMAN
19:09 20.10.2017
1280
"Bu gün U-19-un baş məşqçisi Təbriz Həsənovun hesabatını dinlədik. U-17-in çalışdırıcısı Mirbağır İsayev və U-21-ə rəhbərlik edən Samir Ələkbərovla isə növbəti həftənin ilk günündə görüşəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
 
Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana 2:1 hesabı ilə qalib gəlsə də, İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabı ilə uduzan 17 yaşadək futbolçulardan ibarət millimiz elit-raunda vəsiqə qazana bilməyib. Kiprə (1:2) və Serbiyaya (1:4) uduzan, İrlandiya ilə qolsuz heç-heçə edən 19 yaşadək futbolçulardan ibarət yığmamız da elit-raunddan kənarda qalıb.
 
Bu nəticələr haqda danışan Sadıqov Məşqçilər Komitəsinin hesabat hazırlayaraq, AFFA rəhbərliyinə təqdim edəcəyini bildirib: "Aşağı yaş qrupları üzrə millilərin son oyunlarından hamı narazıdır. Amma qiyməti sırf nəticəyə görə yox, görülən işə görə verməliyik. Bundan öncə Təbriz Həsənovun komandası ölkəmizdə keçirilmiş 17 yaşadək yığmaların Avropa çempionatının final mərhələsində qrupda 4 xal toplamışdı. Əvvəlki nəticələrə görə qiymət vermirik. Yenə deyirəm, son nəticələr heç kimi qane etmir. Həm U-17, həm U-19-un qarşısına qrupdan çıxıb, elit-raunda vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Heyf ki, yığmalarımız bu tapşırığın öhdəsindən gələ bilmədilər. Bütün oyunların video-materialları bizə təqdim olunub. Onları analiz etmək üçün bir qədər vaxt lazımdı. Son qərarı rəhbərlik verəcək. Ən vacibi odu ki, hər iki məşqçinin müqaviləsi var. Birinci gün Mirbağır İsayev, eyni zamanda Samir Ələkbərovla görüşəcəyik. Sonra Məşqçilər Komitəsi adından hesabat hazırlayıb, rəhbərliyə təqdim edəcəyik. Ələkbərovla yanaşı, köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadə də bizimlə görüşəcək. Onların da hesabatını dinləyib, hazırlıqları ilə tanış olacağıq. Çünki U-21-in noyabrda 2 oyunu olacaq”.
 
Sadıqov aşağı yaş qrupları üzrə yığmaların son oyunlarında qeydə alınan nəticələrin onu narahat etdiyini gizlətməyib: "Futbolumuzun inkişafını, əsas millinin uğurlu çıxış etməsini istəyiriksə, mütləq aşağı yaş qrupları da lazım olan səviyyədə oynamalıdılar. AFFA rəhbərliyi tərəfindən hər yaş qrupu üzrə milliyə şərait yaradılıb ki, Avropa çempionatının seçmə oyunlarında yaxşı nəticə əldə etsinlər. Bu uşaqların gələcəkdə əsas yığma üzvü olacaqlarını nəzərə alsaq, əlbəttə ki, aşağı yaş qruplarının son nəticələri bizi qorxudur. Çoxdandı belə nəticələrlə rastlaşmırdıq. Ən əsası futbolçuları məğlub psixologiyasından qurtarıb, qalib psixologiyasına alışdırmalıyıq. Vaxtında müdaxilə etməklə nəsə əldə edə bilərik. Bizdə istedadlı futbolçular var. İlk müstəqillik vaxtlarından yığmada çalışmışam. Həmin illərdəki şəraitlə indiki şərait arasında böyük fərq var. İndi aşağı yaş qrupları üzrə yığmalarımız hər ay təlim-məşq toplanışı keçirlər, tez-tez beynəlxalq yarışlarda iştirak edirlər. Bu mənada, biz hər komandadan uğurlu nəticə tələb edə bilərik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub