Vaqonda problem yarandı - Sərnişinlər düşürüldü

SOSİAL
09:25 23.09.2024
135
"Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu səbəbdən də maşinist qapıya baxış keçirib".

Bunu BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi əlavə edib ki, tələblərə uyğun olaraq sərnişinlər düşürülüb və qatar elektrik deposuna yola salınıb: "Əvəzində ehtiyat qatar verilib. Bunun nəticəsində xəttə iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yubanma qeydə alınıb".
OXŞAR XƏBƏRLƏR