İngiltərə millisinin hücumçusu Ceymi Vardinin həyat yoldaşı Rebeka Vardi Fransa polisini sosial şəbəkə vasitəsilə tənqid edib.
Goal.az xəbər verir ki, Rebeka 1:1 başa çatan İngiltərə - Rusiya qarşılaşmasından öncə Marsel polisinin ingilislərə qarşı davranışından narazılıq edib.
"Ömrüm boyu gördüyüm ən pis səfər təcrübəsi idi. Səbəbsiz yerə bizə gözyaşardıcı qaz atdılar. Demək olar ki, bizi stadiona sıxışdırıb heyvan kimi davrandılar. Gözyaşardıcı qazı atanda qapılar bağlandı, şoka düşdüm. Bunları öz gözlərimlə gördüm. Bunların nəyə görə edilməsini başa düşmədim. Oyun başlamazdan öncə bunlar oldu".