Vasif Talıbovdan mühüm qərar - Bütün dollar kreditləri 1.05 məzənnə ilə ödəniləcək!

Vasif Talıbovdan mühüm qərar - Bütün dollar kreditləri 1.05 məzənnə ilə ödəniləcək!
SİYASƏT
17:22 25.12.2015
9511

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.

AZXEBER.COM xəbər verir ki, kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin. (strateq.az)

OXŞAR XƏBƏRLƏR