Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov öz həyat yoldaşı üçün mahnı bəstələyib.
AZXEBER.COM xəbər verir ki, "Bu gün bizim günümüzdür” adlı mahnını müğənni Zamiq Hüseynov ifa edib. Zamiq öz "instagram" hesabında yazıb:
"Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”.
Xatırladaq ki, S. Talıbov sentyabrın 15-də Naxçıvan daxili İşlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.