AZXEBER.COM xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "The New York Times" (NYT) qəzetinə bildirib.
"Prezident D.Tramp və onun nümayəndələri İranla diplomatik danışıqlar aparmaq üçün bu yeni imkanı nəzərdən keçirdiyi bir vaxtda, ali baş komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə çatmaq üçün "Epik Qəzəb" əməliyyatı intensivliyi azaldılmadan davam etdirilir", - deyə o bildirib.
Qəzet adı açıqlanmayan iki məmura istinadən qeyd edir ki, ABŞ hərbi münaqişəyə son qoymaq üçün 15 maddəlik planını Pakistan vasitəsilə İrana çatdırıb.
"Tehranın bu təklifləri danışıqlar üçün əsas kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-nin ideyaları ilə tam razı olub-olmadığı məlum deyil", - deyə NYT vurğulayıb.
/oxu.az










































