Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO

Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO
DÜNYA
13:29 07.06.2020
993
ABŞ-ın paytaxtı Vaşinqtonda son günlər ən böyük nümayiş keçirilib.

Etirazçılar dinc şəraitdə, festival formasında  aksiyada iştirak edib.

Amerika Birləşmiş Ştatlarının paytaxtının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bağlanıb. Nümayişçilər səsgücləndirici ilə çıxışlar edib. Əsas hadisələr Ağ Evin yaxınlığındakı Lafayette Meydanının qarşısında baş verib.

Qeyd edək ki, etiraz aksiyası ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlıdır. Bu hadisədən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.

///APA

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR