Vaşinqtondakı Amerika Universiteti Azərbaycan-Gürcüstan strateji münasibətlərini təhlil edib

Vaşinqtondakı Amerika Universiteti Azərbaycan-Gürcüstan strateji münasibətlərini təhlil edib
SİYASƏT
17:20 07.10.2013
1615

2013-cü il oktyabr ayının 2-də Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Tseretelinin “Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik üçün əməkdaşlıq” (“Azerbaijan and Georgia: Strategic Partnership for Stability in Volatile Region”) adlı hesabatı dərc edilmişdir. Hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramının dəstəyi ilə yayımlanmışdır.

AZXEBER.COM-un məlumatına görə, hesabatda qeyd edilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən ikisi kimi təkcə ortaq sərhədləri deyil, həmçinin tarixi dinc birgəyaşayışı və bir çox ortaq ənənələri paylaşırlar. Qeyd edilir ki, regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid Ermənistan və Azərbaycan arasında həll edilməmiş münaqişədir. Regionda hazırda üç separatçı bölgə (Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ) BMT və digər beynəlxalq qurumlar tərəfindən Gürcüstan və Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmışdır.

Müəllif qeyd edir ki, region ölkələrindən Azərbaycan və Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya etmək siyasətlərini bəyan etmişlər. Xəzər dənizində böyük enerji ehtiyatlarına malik Azərbaycan əsas neft-qaz kəmərləri və dəmir yolu vasitəsilə Qara və Aralıq dənizlərindəki bazarlara çıxış əldə etmişdir. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Azərbaycan ərazisində rus qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində rus qoşunlarına yer vermiş və bu amili özünün təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi görür. Ermənistan qoşunları hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlamaqdadır.

Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd aktiv şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır.

Hesabata görə, tarixlərində bir sıra oxşarlıqlara və son illərin dövlət quruculuğunda uğurlara baxmayaraq, Azərbaycan və Gürcüstan arasında bir sıra mühüm fərqlər ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, məhz Azərbaycan özünün zəngin enerji ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atmışdır. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilmiş və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaq. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan vermişdir. Belə ki, Dünya Bankının hələ 2011-ci il göstəricilərinə əsasən Azərbaycan bütün Cənubi Qafqazın ÜDM-sinin 72%-ni istehsal etdiyi halda, Gürcüstan üçün bu rəqəm 16%-ə, Ermənistan üçün isə 11,6%-ə bərabər olmuşdur.

Hesabatın birinci hissəsi Azərbaycan və Gürcüstan münasibətlərinin orta əsrlər dövründən başlayaraq iki ölkənin 20-ci illərdə müstəqil dövlətlərin süqutuna qədər olan dövründən bəhs edir. Müəllif qeyd edir ki, tarixən iki xalq eyni işğalçıların dağıdıcı hücumlarına və təcavüzlərinə məruz qalmış və hər iki ölkəyə gələcək əməkdaşlığa zəmin üçün gözəl tarixi nümunə miras qalmışdır.

Hesabatın ikinci hissəsində qeyd edilir ki, yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında aktiv ikitərəfli münasibətlər qurulmuş, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilələr imzalanmış, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılmışdır. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən vətəndaş və etnik münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər – Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevernadze hakimiyyətə gəldilər. Onlar keçmiş SSRİ-nin Siyasi Bürosunun üzvləri kimi, istər keçmiş sovet məkanında, istərsə də beynəlxalq aləmdə geniş əlaqələrə malik şəxslər idilər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətlərin daha da dərinləşdirməsinə sövq edən ən mühüm amil idi.

İkitərəfli münasibətlərin inkişafının daha geniş miqyasda isə regional əməkdaşlığın genişləndirilməsini sürətləndirən əsas amil Azərbaycanın enerji resursları olmuşdur. Məhz iki liderin uzaqgörən siyasətlərinin nəticəsində regionun inkişafı üçün mühüm rol oynayacaq “Əsrin müqaviləsi”, TRASEKA, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Erzurum qaz kəməri və digər mühüm layihələrin əsası qoyulmuşdur. Bu layihələr həmçinin regionun əhəmiyyətini Qərb üçün artırmaqla bölgədə gələcəkdə sabitliyin yaranması üçün zəmin yaratdı. Qeyd edilən layihələrin həyata keçməsi Azərbaycan üçün elə də asan olmamışdır. Bu strateji layihələrin reallaşmamasında maraqlı olan qüvvələr Azərbaycan və Gürcüstanın müstəqil siyasətlərinin qarşısını almaq üçün bütün mümkün təzyiq vasitələrindən istifadə etmişlər və məhz Azərbaycanın düzgün balanslaşdırılmış siyasəti nəticəsində bu maneələr neytrallaşdırılmışdır.

Müəllif Azərbaycan və Gürcüstanın xarici siyasətlərini də müqayisəli şəkildə təhlil edir. Qeyd edir ki, Gürcüstan ilə müqayisədə Azərbaycan regionda daha güclü strateji mövqeyə malikdir. Ekspertlər tərəfindən Şərq-Qərb dəhlizi nəzərdən keçirilərkən Gürcüstana bu bəndin daim ən zəif bəndi kimi baxılmışdır.

Hesabatda müəllif Azərbaycan diplomatiyasının son illərdə uğurlarından biri kimi məhz Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi zamanı Vaşinqton və Ankaranın təşəbbüslərinin və təzyiqlərinin qarşısını alaraq, özünün diplomatik kartlarından istifadə edərək prosesi dayandırmasını göstərir.

Maraq doğuran məqamlardan biri də odur ki, müəllif İranın Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində artan nüfuzunun gələcəkdə narahatlıq yarada biləcəyini vurğulayır.

Nəticə olaraq müəllif Azərbaycan-Gürcüstan münasibətlərin hər iki ölkənin strateji maraqlarına cavab verdiyini vurğulayır, bu münasibətləri ikitərəfli və çoxtərəfli regional xüsusilə Türkiyə ilə birlikdə daha da dərinləşdirməyi tövsiyə edir.

Hesabatın tam mətnini aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://www.isdp.eu/publications/silkroadpapers.html?task=showbib&id=6235&return
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb