“Vaxt vardı ÇL-in finalına Misirdə televizorda baxırdım” - Salah

“Vaxt vardı ÇL-in finalına Misirdə televizorda baxırdım” - Salah
İDMAN
12:21 26.05.2018
14493
"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah bu gün Çempionlar Liqasının "Real"a qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Misirli futbolçu UEFA-nın saytına müsahibəsində bir sıra məqamlara toxunub.

"Bilmirəm fikrimi necə izah edim. Çempionlar Liqasının finalında qələbə heç nəyə bənzəməz. Həyəcanlıyam. Mən arzuma çatmışam. Klubda və şəhərdə hamı bu oyunu gözləyir. Yadımdadır, vaxt vardı bir neçə il əvvəl mən finala, stadiodakı ab-havaya Misirdə televizorda baxırdım" - deyə o, bildirib.

"Real" haqda

"Onlar ÇL-i hamıdan çox udublar. Son 4 ildə isə 3 dəfə bu mükafatı qazanıblar. Təcrübəsi çoxdur. Amma final iki deyil, bir oyundan ibarətdir. Ona görə də biz oyuna köklənib keçmişə baxmamalıyıq. Oyun başlayanda hamı o fikirlə barışır ki, hər iki komandanın heyətində 11 futbolçu var".

Yurgen Klopp haqda

"O sənə azadlıq verir ki, nə istəyirsən et. Amma əlbəttə, onun da dediklərini yerinə yetirmək lazımdır. Buna baxmayaraq, sən sərbəst halda oyununu oynaya bilərsən. O, futbolçuları inandırmağı bacarır. Ona görə də meydanda rahatıq. Belə yanaşma dünyada hər bir futbolçuya kömək edər. Əgər sənin özünün də azadlıq hissin varsa, o zaman istədiyini həyata keçirə bilərsən. Kloppun gücü həm də budur. Biz hər birimiz özümüzə inanırıq. Ona görə də çox qol vururuq. Klopp təkcə mənə deyil, bütün komanda yoldaşlarıma dostdur".

"Liverpul"u komanda ruhu haqda

"Hamımız dostuq. Oyunçuların əksəriyyəti vaxtının çoxunu birgə keçirir. Adətən, axşam yeməyini birgə yeyirik, yaxud digər məsələlər. Bu, oyun zamanı bizə kömək edir. Biz bir-birimizə möhkəm yaxınlaşmışıq. Oyun üslubumuz dəyişib. Artıq təkcə əks-hücumlar etmirik. Xüsusilə son aylar komanda oyunu göstərməyə çalışırıq".

Özü haqda

"Uğura getməyimin yolu dayanmadan işləməyim oldu. Əsas odur ki, bu formamı növbəti mövsümdə də saxlayım. Bilirəm ki, çətin olacaq. Amma bu, məni qorxutmur. Çünki mən artıq çətinliyin öhdəsindən gəlmişəm. Hələliksə bizi ÇL-in finalı gözləyir və indi o haqda düşünməliyəm. Növbəti mövsüm heç yana qaçmır. Ona görə də Kievdəki oyundan həzz almaq lazımdır. Həmişə belə səviyyədə oynayacağıma əmin olmuşam. "Roma"da iki yaxşı keçirdim. Məni orda qalmağa razı salmaq istəyirdilər. Amma İngiltərəyə getməyi düşünürdüm. Bilirdim ki, orada məhsuldar oynaya biləcəyəm".

Kumirləri haqda

"Totti, Ronaldo və Zidan. Onlar öz oyun tərzləri ilə heç kimə bənzəməyiblər".

Roberto Firmino və Sadyo Mane haqda

"Vacib olan qol vurmaqda bir-birimizə kömək etməkdir. Bunu kimin edəcəyi vacib deyil. Bizə qalib gəlib, xal qazanmaq lazımdır. Baxın, ÇL-də mən və Firmino 10, Sadyo isə 9 qol vurub. Yəni göstəricilərimiz eynidir. Biz paxıl və eqoist deyilik. Çalışırıq ki, qol vuraq bunda bir-birimizə kömək edək".

Qeyd edək ki, "Real" və "Liverpul" arasındakı ÇL-in final oyunu bu gün Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
 
///qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı