Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qalmaqal yaşadığı həmkarı Afət Fərmanqızının onunla barışmaq istədiyini, hətta övladını təhqir etdiyi üçün üzr istədiyini bildirib.
AZXEBER.COM məsələ ilə bağlı açıqlama almaq üçün Rusiyada yaşayan müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayıb.
Sənətçi redaksiyamıza bildirib ki, Vəfa Şərifovanən dediklərinin hamısı yalandır:
"Biz onunla Rusiyada toy şənliyində olmuşuq, doğrudur. Amma onun bu gün verilişdə dediklərinin hamısı yalandır! O, mənimlə üzləşməmək üçün qorxusundan arxa otaqdan çıxmadı. Buna onun köməkçisi Mikayıl da şahiddir. O kimdir ki, mən hələ ondan üzr də istəyim. Burada günah Zaur Nəbioğlundadır ki, mən olmayan yerdə adımı hallandırıb ona sual verir. Onun da cavabını verəcəyəm.
Haqqımda olmayan və yalan məlumat yaydığı üçün indi də mən Vəfanı məhkəməyə verəcəyəm. Görüntünü vəkilimə vermişəm, bu işlə o məşqul olacaq. Mən bir dəfə üzr istəmişəm, o da Flora Kərimovadan. Çünki o sənətkardır. Ona məhkəmədə qalib gəlmişdim, buna baxmayaraq onu oğlumun toyuna dəvət etdim. Flora xanım dedi ki, xətrimə dəymisən. Onun o sözünə görə mən ondan üzr istədim. Amma Vəfa mənim üçün üzr istənəcək adam deyil."
Xatırladaq ki, müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olan zaman həmkarı Afət Fərmanqızının Moskvada toyda olarkən ona yaxınlaşdığını, barışmaq istədiyini, hətta "balanı təhqir etməmişəm. Əgər etmişəmsə, qələt etmişəm" dediyini bildirib.
Lakin bütün bunlara baxmayaraq Vəfa Şərifova məhkəməyə təqdim etdiyi şikayət ərizəsini geri götürməyəcəyini və sona qədər gedəcəyini bildirib.
Aysel Hacızadə