Vəfa Quluzadə ‘facebook’da onu təhqir edənlərdən danışdı – ÖZƏL AÇIQLAMA - FOTO

SİYASƏT
14:17 22.10.2014
4266

“Bunların hamısı sifarişlə hazırlanır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib. O, son günlər sosial şəbəkələrdə xüsusən də “facebook”da “Rusiya dağılacaq” haştaqı ilə bəzi istifadəçilərin tənqid və təhqirlərinə məruz qalmasından danışıb. Politoloq bundan xəbərsiz olduğunu, ancaq bu cür kompaniyaların onu təəccübləndirmədiyini bildirib.

V.Quluzadə “facebook”da ona qarşı başladılan bu təhqirlərin Rusiyanın sifarişi ilə həyata keçirildiyini deyib:

“Mən orada məni təhqir edənlərə sadəcə gülürəm. Bizdə olan “5-ci kalon” bu vasitə ilə mənə qarşı təzyiq göstərmək istəyir. Səmimi etiraf edim ki, bütün bunlar mənim üçün önəmli deyil.Görünür mənim açıqlamalarım Rusiyaya çox pis təsir edib. Bu birinci dəfə deyil. Rusiya mənim əleyhimə dəfələrlə bu cür kompaniyalar aparıb, amma bunların heç biri effektiv olmayıb. Bu da onlardan biridir”.

Qeyd edək ki, “facebook”da politoloqla bağlı “Rusiya dağılacaq” adlı səhifə də yaradılıb. Bu səhifədə onun ünvanına təhqiramiz ifadələr yayımlanır. 

OXŞAR XƏBƏRLƏR