Müğənni Vəfa Şərifova Gəncədə konsert verəcək.
AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni özü məlumat verib.
Musiqili gecə 9 may tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
O, sosial media hesabında "Əziz gəncəlilər, hər birinizi möhtəşəm konsertimizə dəvət edirəm" sözlərini yazaraq pərəstişkarlarını özəl gecəsinə dəvət edib.
Aysel