Vəhabilər Kərbəlaya yaxınlaşır

DÜNYA
12:43 13.06.2014
3589
İŞİD qruplaşmasının silahlıları getdikcə Bağdada yaxınlaşır. 
ANS PRESS-in məlumatına görə, terrorçular Bağdad ətrafında 2 yaşayış məntəqəsini ələ keçirərək paytaxta daha 60 km yaxınlaşıb.Son məlumatlara görə, Əl-Əsəd mahalı silahlılardan azad edilsə də Calalula və Diyala hələ də İŞİD-in nəzarəti altındadır. İraq höküməti isə vəziyyətin müsbət istiqamətdə dəyişdiyini bəyan edib. Bildirilir ki, silahlılar tərəfindən tutulan Mosula desantlar göndərilib. Onlar havadan dəstək alaraq Mosul hava limanına hücum əməliyyatına başlayıb. Terrorçuların nəzarəti altında olan yerlərə aviazərbələr endirilir.Qeyd edək ki, Mosulu ələ keçirən terrorçular Tiqritə də hücum edib. Tiqritdə ən azı 300 hərbiçinin əsir götürüldüyü bildirilir. İŞİD bəyan etmişdi ki, onlar Bağdadı, daha sonra Kərbəlanı ələ keçirəcəklər.
OXŞAR XƏBƏRLƏR