Vəhhabilər çimərliklərdə təbliğat aparır - FOTOLAR

DÜNYA
18:00 25.06.2014
2736
Həmin buroşürlər 72 maddədən ibarət olub.
Türkiyənin Sakarya bölgəsindəki çimərliyə saqqallı və əba geyinmiş kişilər gələrək qadınlardan qapanmalarını tələb ediblər.
AZXEBER.COM Gün.Az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatının xəbərinə görə, onlar “Allah və Rəsulunun istədiyi xanım əfəndi” başlıqlı buroşürlər da paylayıblar.
Həmin buroşürlər 72 maddədən ibarət olub və orada yazılıb ki, qadın örtülü geyinməli, çalğı olan toylara getməməli, yol ortasında, insanların gəzdiyi yerdə oturmamalı, fala baxdırmamalı, zəruri olmadıqda alış-veriş etməməli, ərindən icazəsiz çölə çıxmamalıdır.
Həmçinin qadınlara qaş aldırması, saç əkdirməsi, estetik əməliyyat, şalvar geyinmək, yad kişilərlə ünsiyyət, evdə it saxlamaq, incə corab geyinmək, ev başmağında gəzmək, musiqi dinləmək haram buyrulub.
Qeyd edək ki, onlar özlərini İsmailağa məscidi və xeyriyyə fondunun nümayəndəsi kimi təqdim ediblər.
OXŞAR XƏBƏRLƏR