Əziz seçicilər!
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlara dəstək olaraq Milli Məclisin də vaxtından əvvəl buraxılması və yeni tərkibin formalaşdırılması xüsusi əhəmiyyətə malikdir. Belə ki, yeni çağırışlara cavab verəcək çevik tərkibli parlamentlə qarşıya qoyulmuş məqsədlərə nail olmaq daha asan olacaqdır. Eyni zamanda Möhtərəm Prezidentin "Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar" çağırışı biz gənclərin gücünə güc qatıb. Mən də bu çağırışa qoşularaq, bütün gücümlə Azərbaycanın uğurlu gələcəyinə öz töhfəmi vermək istəyirəm.Mədəniyyət evində görüşdən sonra şəhid və qazi ailələrinin evlərində görüşü olmuşdur.









