Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AZXEBER.COM APA-ya istinadan xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kənan Əliyev və Pərviz Abbasovun vəkili İlyas Kərimov müdafiə nitqi ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxslərin günahsız olduğunu və barələrində bəraət hökmünün çıxarılmasını istəyib.
Sonra R. Orucovun vəkilləri Sadiq Rəsulov müdafiə çıxışı edib. O da R. Orucovun günahsız olduğunu və ona elan olunmuş ittiham üzrə bəraət verilməsini istəyib.
Vəkil qeyd edib ki, R. Orucovun əməlində cinayət tərkibi yoxdur.
R. Orucovun digər vəkili Kamandar Nəsibov isə hüquqlarını müdafiə etdiyi şəxsin maddəsinin sağlamlığa yüngül ziyan zərər vurma maddəsi ilə əvəzlənməsini istəyib.
Proses dekabrın 8-də davam etdiriləcək.