"Alyans" Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Kəngərli polis əməkdaşları tərəfindən tutulub.
İlkin məlumata görə, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur.
Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.











































