Vəkillər Kollegiyası Aslan İsmayılovla bağlı xəbər yaydı

Vəkillər Kollegiyası Aslan İsmayılovla bağlı xəbər yaydı
SİYASƏT
13:08 17.05.2013
2126

Vəkillər Kollegiyası Rəyasət Heyəti Aslan İsmayılovun Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı açıqlama yayıb.

AZXEBER.COM-un məlumatına görə, məlumatda bir sıra KİV-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Aslan İsmayılovun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar çıxarılması haqqında yanlış və təhrif olunmuş məlumatların dolaşdığı qeyd olunub: “Məsələ ilə əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Rəyasət Heyətinin intizam qaydasında heç bir vəkili Kollegiya üzvlüyündən xaric etmək kimi səlahiyyəti yoxdur və qanunvericilikdə bu səlahiyyət yalnız müvafiq məhkəmələrə aiddir.

Beləliklə, mətbuatda dolaşan qeyri-müəyyənliyə aydınlıq gətirilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, cari ilin may ayının 8-də Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edib.

Belə ki, 14 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovun qanunsuz hərəkətləri barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktubla müraciət edib. Müraciət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib. Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən, A. İsmayılov peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozub. Vəkillərin İntizam Komissiyasının rəyi A. İsmayılova təqdim edilib. Məsələyə məhkəmə qaydasında hüquqi müstəvidə münasibət bildiriləcəkdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
19:25 02.05.2025
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
19:10 02.05.2025
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
18:59 02.05.2025
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
18:47 02.05.2025
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
18:34 02.05.2025
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
18:31 02.05.2025
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
18:26 02.05.2025
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM