Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan öldü

Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan öldü
SOSİAL
13:23 27.12.2020
1162
Vəkillər Kollegiyasının daha bir üzvü - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

AZXEBER.COM bildirir ki, bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb.

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - paylaşımda deyilir.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR