Velosipeddən yıxılan 8 yaşlı uşaq öldü

Velosipeddən yıxılan 8 yaşlı uşaq öldü
HADİSƏ
22:04 10.09.2025
235
Gəncədə 8 yaşlı qız velosipeddən yıxılaraq ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

2017-ci il təvəllüdlü A. Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, o, velosiped sürdüyü zaman yıxılaraq ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR