Venesiya “Təhlükədə olan Ümumdünya İrs Siyahısı” a daxil ediləcək

Venesiya “Təhlükədə olan Ümumdünya İrs Siyahısı” a daxil ediləcək
DÜNYA
20:11 01.08.2023
224
UNESCO ekspertləri tərəfindən hazırlanan hesabatda Venesiyanın çox sayda turist axını və qlobal iqlim problemləri səbəbindən ciddi təhlükə altında olduğu barədə xəbərdarlıq edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Venesiyanın "Təhlükədə olan Ümumdünya İrs Siyahısı” na daxil edilməsi təklif edilib. Ümumdünya İrs Komitəsi 12-25 sentyabr tarixləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək iclasında Venesiyanın bu siyahıya daxil edilib-edilməməsi ilə bağlı səsvermə keçirəcək.

Qeyd edək ki, UNESCO daha əvvəl İtaliyaya xəbərdarlıq etmiş və Venesiyanın qorunması üçün lazımi tədbirlərin görülməsini xahiş etmişdi.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR