Venesuela Prezidentinin Azərbaycana səfəri başa çatdı

Venesuela Prezidentinin Azərbaycana səfəri başa çatdı
SİYASƏT
21:46 17.06.2022
436
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına işgüzar səfəri iyunun 17-də başa çatıb.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Nikolas Maduronu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
OXŞAR XƏBƏRLƏR