Vəng kəndinin Çinarlı adlandırılması layihəsi MM-in plenar iclasına tövsiyə edilib

Vəng kəndinin Çinarlı adlandırılması layihəsi MM-in plenar iclasına tövsiyə edilib
SİYASƏT
13:20 22.10.2020
387

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra parlamentin komitə iclasına tövsiyə edilib.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

OXŞAR XƏBƏRLƏR