Veratti Qvardiolaya sərt cavab verdi: “Kəs səsini!”

Veratti Qvardiolaya sərt cavab verdi: “Kəs səsini!”
İDMAN
12:03 29.04.2021
618
Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində PSJ ilə "Mançester Siti” arasında baş tutan qarşılaşma zamanı yarımmüdafiəçi Marko Veratti və Xosep Qvardiola arasında maraqlı dialoq yaşanıb.

Bu barədə "Football Italia” məlumat yayıb.

Epizodlardan birində Veratti təhlükəli sürüşmə fəndi icra edib. Bu zaman Qvardiola hakimdən italiyalının cəzalandırılmasını tələb edib. Bunu PSJ-nin yarımmüdafiəçisi də eşidib və ispan dilində Qvardiolaya "Nə istəyirsən? Kəs səsini!” deyə cavab verib.
OXŞAR XƏBƏRLƏR