“Verdiyimiz hər bir sözə əməl edirik” - İlham Əliyev

“Verdiyimiz hər bir sözə əməl edirik” - İlham Əliyev
Siyasət
16:57 13.12.2018
5663
"Dünən Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü olmuşdur. Bu, birinci görüş deyil. Bundan əvvəl Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşü olmuşdur”. 

Editor.az xəbər verir ki, bunu prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirib. Prezident deyib ki, NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir: "Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? 

Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. 

Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir. 

Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı