Vərəm aşkarlanan məktəb dezinfeksiya edildi - Şagirdlər peyvənd olundu

Vərəm aşkarlanan məktəb dezinfeksiya edildi - Şagirdlər peyvənd olundu
SOSİAL
18:12 06.04.2023
161
31 mart 2023-cü il tarixində Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8 ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, məktəbdən apa-ya verilən xəbərə görə, məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.

Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub.
OXŞAR XƏBƏRLƏR