Nazirlik məlumat yaydı.
Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.
Bu barədə AZXEBER.COM-a Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, həmin şirkətlər arasında “Azərsu” ASC-nin “Birləşmişsukanal” MMC və “Sutikinti” müəssisəsi, “Azərenerji” ASC-nin “Gəncə regional elektrik şəbəkəsi” MMC, “Bakı Şərab-2” müəssisəsi, “Hess (ACG) Limited” neft şirkətinin Bakı nümayəndəliyi, “Petroleum Services Group SA” şirkəti, MILK-PRO süd emalı şirkəti və digər şirkətlər var.
Ümumilikdə siyahıda 405 hüquqi və fiziki şəxs yer alıb. Yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.