05:14 şənbə, 07 Dekabr 2019
Maqazin

“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”

13:16, 18.11.201910341
“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”
"Hesab edirəm ki, alman standartına uyğun olaraq zənginliyinlə fəxr edəcəksənsə, onun qarşılığında vergi ödəmirsənsə, gəlirinin haradan gəldiyini isbat etməlisən. Bəlkə, "kirli” pulların yuyulması ilə məşğulsunuz, terrorizmin maliyyələşdirilməsi ilə məşğulsunuz”.

Bu sözləri "Real” TV-yə açıqlamasında müğənnilərin vergi ödəməsi məsələsi ilə bağlı İqtisad elmləri doktoru Zahid Məmmədov deyib:

O söyləyib ki, məşhurların vergi ödəməsi ilə bağlı qanunlarda dəyişiklik olacaq:

"Bu sahədə ciddi dəyişikliyin zamanı gəlib. Türkiyədə ən güclü müğənni daha çox vergi ödəyəndir. O da cəmiyyət içərisində bununla fəxr edir. İnsan yaşadığı lüks həyat qarşılığında vergi ödəmirsə, istifadə etdiyi mülkü əlindən alırlar. Onda, necə isbat edəcəksən ki, bu mal sənindir? Vergi ödəmədən bu mala necə sahib oldun? Kim hədiyyə etdi? O, vergi ödədimi? Mülk sahibi torpaq, sərvət, gəlir, mənfəət vergisi və əmək haqqı ödədimi? Bu, dəyişilməlidir. Biz artıq vergi mədəniyyətini gətirməliyik. Gecə-gündüz özünü göstərənlər, zənginliyini təbliğ edənlər niyə vergi ödəməsin ki? 100 minlik maşın sürən insan vergi verməlidir. Maşınını, evini əlindən alacağıq. Ondan sonra isbat etsin ki, bu, mənim evimdir”. /// axsam.az
 

XƏBƏR LENTİ