Vergilər naziri vətəndaşları qəbul edib

İQTİSADİYYAT
17:50 26.09.2013
1375

Azərbaycanın vergilər naziri Fazil Məmmədov Bərdə şəhərində vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, növbəti belə qəbul Bərdə şəhər Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Yevlax, Tərtər, Ağcabədi, Beyləqan, İmişli, Bərdə, Zərdab, Füzuli, Laçın, Ağdam, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlarla keçirilib.

50-dən çox vətəndaş vergi orqanlarına işə qəbul, POS-terminalların quraşdırılması, nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı, vergi borcları, o cümlədən vergi inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər və problemlər, həmçinin vergi dərəcələrinin azaldılmasına yönəlmiş təkliflər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR