Bu ilin I rübündə vergi orqanlarından dövlət büdcəsinə 1 milyard 523 milyon 400 min manat məbləğində vəsait daxil olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin kollegiya iclasında nazir müavini Sahir Məmmədxanov bildirib.Onun sözlərinə görə, bu ilin I rübündə daxil olmuş vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,0 milyon manat və ya 9,6 faiz çoxdur.Nazir müavini hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə proqnoz tapşırıqların 102,5 faiz icra edilərək 839,2 milyon manat vəsaitin dövlət büdcəsinə səfərbər edildiyini qeyd edib.O əlavə edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz (47,5 milyon manat) artıqdır.Vergilər nazirinin müavini vergitutma bazasının genişləndirilməsi istiqamətində görülən işlər, vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi, vergi hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vergi inzibatçılığında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə görülmüş işlərlə bağlı da məlumat verib.