Aparıcı Zaur Nəbioğlunun ATV-də yayımlanan "Rəngarəng" verilişinin bağlandığı iddia olunub.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib.
O, verilişi ilə bağlı hələ ki, kanal rəbərliyinin qərar vermədiyini bildirib:
"Verilişin bağlandığı ilə bağlı xəbər yayılsa da, mənim hələ ki, bundan xəbərim yoxdur. Mənə belə bir qərarın qəbul edildiyi haqda heç bir məlumat verilməyib. Kanal rəhbərliyi ilə danışıqlarımız davam edir. Amma deyə bilərəm ki, axşam efiri aparacağım haqda çıxan xəbər yalandır. Belə bir layihəm yoxdur. Nə vaxtsa yenidən veriliş aparsam, onun adı yenə də "Rəngarəng" olacaq. Çünki bu ad mənim üçün özəldir. Yanında hansısa söz əlavə oluna bilər, amma əsas ad olduğu kimi qalacaq".
Aysel Hacızadə