Verner İtaliya nəhənginin hədəfində

Verner İtaliya nəhənginin hədəfində
İDMAN
12:23 04.08.2019
9173
"RB Liepzig"in forvardı Timo Verner karyerasını İtaliyada davam etdirə bilər.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu "Napoli"nin transfer hədəfindədir. Neapol təmsilçisinin 23 yaşlı futbolçu üçün Almaniya klubuna 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Bir müddət əvvəl "Bayern Münich" də Verner üçün hərəkətə keçmiş, amma münhenlilərin bu cəhdi uğursuz nəticələnmişdi.

Qeyd edək ki, Verner son mövsümdə iştirak etdiyi 37 oyunda 19 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR