Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və şəhid və qazi övladları üçün bayram tədbiri keçirdi

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və şəhid və qazi övladları üçün bayram tədbiri keçirdi
SOSİAL
11:48 30.12.2021
262
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Şəhid və Qazi övladları üçün bayram tədbiri keçirdi Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə Şəhidlik məqamına ucalmış Şəhidlərimizin və Qazilərin övladlarına mənəvi dəstək olmaq məqsədi ilə mayram tədbiri keçirildi.

AZXEBER.COM-un məlumatına görə, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal tədbiri giriş sözü açaraq dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Şəhid və Qazi övladlarını təbrik edərək bildirdi ki, 44 günlük Vətən müharibəsundə əldə etdiyimiz tarixi əhəmiyyətli qələbə zəfərin qazanılmasında qüdrətli Dövlət Başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, səriştəli Sərkərdə məharəti, beynəlxalq diplomatik müstəvidə əldə etdiyi nailiyyətlər, milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zamin Zeynal onu da xüsusi olaraq vurğuladı ki, son 200 ildə Azərbaycan xalqı ilk dəfə olaraq Prezident İlham Əliyevin liderliyi ilə itirilmiş torpaqlarının geri qaytarılması ilə tarixə düşdü. Bu qələbənin əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin regionda apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.Əminliklə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin liderliyi altında daha böyük Azərbaycan olaraq qələbələrimiz davamlı olacaq. Bayramı tədbirində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavinləri Qalib Əliyev, Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, Sabunçu Gənclər Evinin direktoru Samir Mehraliyev, Millət vəkili Elman Nəsirov, Millət vəkili Şahin Seyidzadə, Hacı Nuran, Şəhid ailələri, Qazilər, ictimai fəal şəxslər iştirak edərək çıxış etdilər.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, fədakar ordumuz əzəli,əbədi Qarabağ torpaqlarımızı düşmənlə mübarizə apararaq azad etməyə müvəffəq olmuş, düşməni məğlubiyyətə uğurratmışdır. Xalq iqtidar, ordu birliyinin nəticəsində 44 günlük haqq savaşında 30 illik torpaq həsrətimizə son qoyularaq xalqımız tarixi qələbə Zəfərini qazanmışdır. Natiqlər bildirdilər ki, bu gün peşəsindən və vəzifəsindın asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə əzmindən ruhlanaraq daima Şəhid və Qazi ailələrinə dərin hörmət və sayqı ilə yanaşmalıdır.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr departamentinin rəhbəri Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, Şəhid və Qazi övladlarına mənəvi dəstək olmaq məqsədi ilə həyata keçirilən tədbirdə 60 dan çox Şəhid və Qazi övladlarına hədiyələr təqdim edildi.

Tədbirin bədii hissəsində uşaqların sevimlisi yeni il personajları öz səhnəcikləri ilə uşaqların qəlbinə oxşadılar. Birlik rəsmisi onu da vurğuladı ki, İctimai birlik tərəfindən Şəhid və Qazilərimizə mənəvi dəstək yönümündə birgə tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub