“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi

“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi
SOSİAL
11:01 26.12.2022
236
Türkiyənin İstanbul şəhərində "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə İkinci Qarabağ Savaşından bəhs edən "Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimat mərasimi keçirilib. "Yeni Çağ” Media Qrupu tərəfindən istehsal olunan sənədli filmin İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində (İSTAD) baş tutan təqdimat mərasiminə İSTAD sədri Səfər Qaraqoyunlu, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, "Mustafazadə” Qrupunun başqanı, araşdırmaçı yazar Rəşid Mustafazadə, Pakistan-Türkiyə Gənclər Dərnəyinin sədri Anas Avan, Banqladeşli Tələbələr Topluluğunun lideri Məhəmməd Tariq İslam, ictimaiyyət və media nümayəndələri qatılıblar.

İlk olaraq Azərbaycan və Türkiyənin himnləri səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Cavid Əliyev sənədli filmi ərsəyə gətirməkdə məqsədin Azərbaycanın Vətən müharibəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb.

"Sənədli filmin Türkiyədəki təqdimatının 24 dekabr tarixinə, yəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etməsinin də rəmzi mənası vardır. Damarlarında ali türk sərkərdələrinin qanı axan cənab prezidentin dəyanət və dirayəti, vətənpərvər oğullarımızın şücaəti nəticəsində çoxillik işğala son qoyuldu, bölgənin taleyini dəyişəcək yeni siyasi reallıqları bütün dünyaya diqtə edildi”, – deyə o bildirib.

Çıxış edən İSTAD sədri Səfər Qaraqoyunlu da Vətən müharibəsində əldə edilən qələbənin türk dünyasında oyandırdığı əks-sədadan danışıb. Səfər Qaraqoyunlu, "Savaşda qazandığımız qələbə bütün türk dünyasını qəflət yuxusundan ayıltdı. Artıq bütün türk cümhuriyyətləri türk birliyinin önəmini daha yaxşı dərk edirlər”, – deyə vurğulayıb.

"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında əsas diqqəti gənclərə yönəldib. O bildirib ki, Vətən savaşında zəfər qazanılmasında gənclərin müstəsna xidmətləri olub.

"İyirmi birinci əsrdə heç bir müharibəyə şahid olmamış, savaş görməmiş, ancaq işğal faktı ilə üzləşmiş gənclər savaşda vətənlərini nə qədər sevdiklərini sübut etdilər. Bu gün cəbhə savaşı bitib. Ancaq ideoloji müharibə davam edir. Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı aksiya da buna bariz nümunədir. Dünən olduğu kimi bu gün də dünya erməni yalanına inanmaq istəyir, bizim yanımızda isə Türkiyə var”, – Aqil Ələsgər qeyd edib.

Dünyada yaşayan azərbaycanlıların Vətən savaşı dönəmində gördükləri işlərdən bəhs edən "Mustafazadə” Qrupunun başqanı, araşdırmaçı yazar Rəşid Mustafazadə də gənclərin fəaliyyətinə diqqət çəkib. O bildirib ki, böyük əzm nümayiş etdirən gənclərimiz yaşadıqları ölkələrdə insanların diqqətini müharibə həqiqətlərinə çəkməyi bacarmışdılar.

Digər çıxışçılar da sənədli filmin dünyaya verəcəyi mesaj ətrafında müzakirə aparıblar.

Sonda "Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filmi izləyicilərə təqdim olunub.

Qeyd edək ki, "Yeni Çağ” Media Qrupu tərəfindən istehsal olunan filmin ilk təqdimatı dekabrın 23-də Azərbaycanda baş tutub.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?