Vətən müharibəsində ağır yaralanan əsgər beş ay sonra şəhid oldu

Vətən müharibəsində ağır yaralanan əsgər beş ay sonra şəhid oldu
SOSİAL
10:34 08.03.2021
736
Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu beş ay sonra hospitalda vəfat edib.

AZXEBER.COM APA-nın Mil-Muğan bürosuna istinadən  məlumat verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR