Gəncə 44 günlük Vətən Müharibəsində Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan görən şəhərlərdən biri olub. Hazırda dağılan evlərin bərpası istiqamətində işlər davam etdirilir.
Dövlət başçısının tapşırığına əsasən, 3200-ə yaxın tikili, təmir-bərpa olunub. 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır.
Bununla yanaşı, 22 yaşayış evi tikilir, bir bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir.
Daha ətraflı Baku TV-nin süjetində: