Vətəndaşlara xəbərdarlıq! - Yeni epidemiya sürətlə yayılır

SAĞLAMLIQ
16:12 12.12.2023
680
Dünya hələ də koronavirus epidemiyasının təsirindən qurtula bilməsə də, yeni epidemiya ilə bağlı narahatlıq artır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropada yeni bir xəstəliyin aşkarlanması böyük narahatlığa səbəb olub.

Elm adamları ümumiyyətlə Afrika ölkələrində görülən xəstəliyin Avropada da aşkarlandığını və kiçik bir qəsəbədə çox sayda insanın ölümünə səbəb olduğu açıqlanıb.

İlk dəfə 1752-ci ildə aşkar edilən qarayara xəstəliyinin Zambiyanın bir çox şəhər və bölgəsində görüldüyü açıqlanıb. Bildirilib ki, 684 nəfərdə aşkar edilən qarayara virusu insanlarla yanaşı, mal-qaraya da ziyan vurub.

Qarayara xəstəliyinin əlamətləri bunlardır:

- Nəfəs darlığı
- Ürəkbulanma
- Boğaz ağrısı, qızdırma, yorğunluq
- Əzələ ağrısı
- Baş ağrısı
- İshal

Ayşən

OXŞAR XƏBƏRLƏR