Bakıda sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən, yanvarın 8-dən 93 nömrəli müntəzəm marşrut xəttinin ("Dərnəgül” metro stansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov ("Azadlıq prospekti” metro stansiyası) küçələrindən keçməklə təşkil ediləcək.