Vətənimizin şərəfi-Sərhədçi

Vətənimizin şərəfi-Sərhədçi
SOSİAL
12:04 18.08.2016
3463

Suda, quruda və səmada vətənin keşiyini çəkən sərhədçilərimiz ordumuzu yenilməz edir.

Vətənimizə gələn hər kəsi şərəfli sərhədçi qarşılayır.

Bü gün Azərbaycan sərhədçiləri sərhədlərimizin toxunulmazlığını təmin edərək beynəlxalq terrorizmə qarşı qeyri-leqal miqrasiyaya, qaçaqmalçılğa, narkotik vasitələrinin qanunsuz dövrüyyəsinə qarşı qətiyyətli mübarizə aparır.

Müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələrinn yaradılmasına nail olan ulu öndərimiz Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması,ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərdi. Məhz umumilli liderimiz Heydər Əlievin sayəsində Azərbaycan milli sərhəd siyasətinin əsası qoyuldu, sərhəd strategiyası müəyyənləşdirildi. Odur ki, üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Sərhad dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturunun yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində DSX-nin maddi-texniki bazası güclənir və Azərbaycan sərhəd mühafizəsində istifadə olunan yeni texnologiyaların tətbiqi, sərhəd mühafizəsinin daha da yüksək səviyyədə təşkilinə şərait yaradır. Son illərdə sərhəd mühafizəsində böyük quruculuq işləri həyata keçirilib. Çoxsaylı sərhəd infrastrukturu yaradılıb, texniki imkanlar artıb. Təlimlər zamanı hər zaman yüksək döyüş hazırlığı nümayiş etdirən sərhədçilərimiz bu imkanlardan yararlanırlar. Keçirilən genişmiqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edir.Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin DSX-nin hərbi hissə və bölmələrinə dəfələrlə səfər etməsinin Dövlət Sərhəd Xidmətinə göstərilən diqqət və qayğı bariz nümünəsidir.

Dövlət Sərhəd Xidmətinin fəaliyyətində sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir. Qeyd olunmalıdır ki, sosial məsələlərin həllinə göstərilən diqqət öz mənbəyini Ali Baş Komandanın bu sahəyə göstərdiyi xüsusi himayədarlıqdan alır. Sərhədçilərlə görüşləri zamanı ölkə Prezidenti sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, mənəvi, fiziki və psixoloji hazırlıq məsələləri ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə də daim maraqlanır. Dövlət başçısı hətta əsgər yataqxanalarına baş çəkir, əsgər yeməkxanalarında nahar edir. Sərhədçilərin sosial-məişət şəraitinə göstərilən bu qayğı uğurlu nəticələrin əldə edilməsində çox mühüm rol oynayır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülü və formalaşdırılması, milli sərhəd mühafizə qüvvələrinin çətin və şərəfli inkişaf yolunun təşkili, dövlət sərhədlərinin mühafizəsində uğurla xidmət göstərir. Bu gün əldə olunmuş təcrübə və mövcud imkanlar sərhədlərin fasiləsiz mühafizəsini təmin etməyə, hadisələrə çevik reaksiya verməyə imkan yaradıb.

XALQ.AZ İnformasiya Agentliyinin baş redaktoru Zaur Mirzə-zadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək