Vəzifəli şəxsin qardaşı oğlu dənizdə boğuldu

Vəzifəli şəxsin qardaşı oğlu dənizdə boğuldu
SOSİAL
12:59 01.07.2018
14801

Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi sahillərində bir nəfər dənizdə batıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Quba rayon sakini Səttərov Alim Rizvan oğlu sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Dünyasını dəyişən şəxs Qafqaz Müsəlmanları İdarəsinin Quba nümayəndəliyinin rəhbəri Naib Səttərovun qardaşı oğludur.

Qeyd edək ki, ötən gün daha iki nəfər Müqtədir qəsəbəsində dənizdə batıb.  Onlardan birinin meyiti tapılıb, digər şəxsin axtarışları davam etdirilir.  

OXŞAR XƏBƏRLƏR