Vəzifəli şəxslər barədə yeni qanun - Yaxın qohumları ilə bir yerdə işləyə bilməyəcəklər

Vəzifəli şəxslər barədə yeni qanun - Yaxın qohumları ilə bir yerdə işləyə bilməyəcəklər
SOSİAL
16:33 29.09.2016
7030

 

"Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya "Vəzifəli şəxslərin faəliyyətində maraqların toqquşması haqqında” adlı yeni qanun layihəsi hazırlamağa başlayıb. Yeni qanun layihəsi Komissiyada hazırlandıqdan sonra Milli Məclisə göndəriləcək. Ümid edirəm ki, parlamentdə bu qanun layihəsi qəbul ediləcək”.

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, bu gün eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasına qarşı qüvvədə olan qanunun maddəsi işlək deyil:

 

"Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun bu maddəsi işlək deyil”

 

"Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Bu, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir.

Amma təcrübə onu göstərir ki, Azərbaycanda məhz bu sahədə mövcud olan qanunvericilik tam tənzimlənmir. Ona görə də "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun məhz bu məsələyə aid maddəsi hələ də praktik baxımdan işlək deyil.
Çünki hələ ki Azərbaycanda "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun qəbul edilməyib”.

 

"Siyasi idarəçilik və iqtisadi sahədə yaxın qohumların bir yerdə çalışmasına yol verilməyəcək”

 

Hüquqşünas yeni qəbul ediləcək "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanunun əhəmiyyətini bu cür açıqlayıb:

"Əlbəttə, "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanunun qəbulu bu gün çox zəruridir.

Bu gün Azərbaycanda aparılan struktur islahatları bu qanunun qəbulunu zəruri edib. Artıq bu qanun qəbul edildikdən sonra"Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda olan müvafiq maddə işlək mexanizmə düşəcək.

Beləliklə də, siyasi idarəçilik və dövlətin iqtisadi, maliyyə qurumlarında yaxın qohumların eyni dövlət orqanlarında tabelilik münasibətlərində çalışması mümkünsüz olacaq”.

 

"Yaxın qohumların eyni dövlət orqanında işləməsi korrupsiyanı gücləndirir”

 

Ə.Nuriyev deyib ki, eyni dövlət orqanında yaxın qohumların tabelilik münasibətlərində çalışması korrupsiyaya yol açır.

O vurğulayıb ki, qəbul olunacaq yeni qanunla qohumların tabelilik münasibətlərində çalışması qadağan ediləcək:

"Bu gün Azərbaycanda korrupsiya və rüşvətxorluğa ən yaxşı yol açan hallar eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasıdır.

Çox təəssüf ki, Azərbaycanda maliyyə, iqtisadi və dövlət idarəçilik sahəsindəki qərarları birbaşa olaraq qəbul edən dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışması faktları var.

Qəbul ediləcək bu yeni qanun bu cür neqativ halların qarşısını alacaq”.

 

"Artıq nazirlər tenderləri öz qohumlarına sata bilməyəcək”

 

Hüquqşünas vurğulayıb ki, "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanun layihəsinin qəbulu ilə nazirlərin tenderləri öz yaxın qohumlarına satmasına son qoyulacaq:

"Belə neqativ hallar birbaşa olaraq dövlət və hökumət tərəfindən qəbul edilən qərarların icrasına çox böyük maneələr yaradır.

İqtisadi sahədə dövlətin elan etdiyi tenderlərin şəffaflıq şəraitində keçməsinə imkan vermir və bu sahədə qatı inhisarçılıq formalaşdırır. Çox zaman dövlət orqanı rəhbərli tenderləri öz tabeli münasibətlərində olan qohumlarına verirlər. Sağlam və azad rəqabət mühiti olmur.

Ona görə də dövlət orqanlarında, iqtisadi sahədə korrupsiyanın qarşısını alınması üçün "Vəzifəli şəxslərin faəliyyətində maraqlarının toqquşması haqqında” adlı yeni qanun layihəsinin qəbulu mühüm addım olacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
13:11 11.09.2025
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
13:11 11.09.2025
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
13:09 11.09.2025
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
13:07 11.09.2025
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
12:58 11.09.2025
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
12:56 11.09.2025
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
Sabah leysan yağacaq, temperatur enəcək
12:52 11.09.2025
Sabah leysan yağacaq, temperatur enəcək
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
12:17 11.09.2025
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
12:13 11.09.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı