Dəbdəbəli alt paltarı markası "Victoria's Secret" 1995-ci ildə "Victoria's Secret Fashion Show" ilə qazandığı populyarlığını uzun müddət saxlamağı bacarsa da, təqdim etdiyi "real olmayan gözəllik standartları" səbəbindən nüfuzunu itirmişdi.
AZXEBER.COM xarici mətuata istinadən xəbər verir ki, şou-biznes dünyasının ən məşhur şousu "Victoria's Secret Fashion Show" uzun fasilədən sonra yeni formatda geri qayıdıb.
"Mələklər"in gəzdiyi məşhur "Victoria's Secret" moda nümayişi 6 ildən sonra ilk dəfə yenidən keçirilib.
Hansı adların podiuma çıxacağı uzun müddət gizli saxlanılsa da ötən il qatıldığı tədbirdə üzündəki dəyişikliyi ilə diqqət çəkən məşhur Victoria's Secret modeli Adriana Limanın dəfilədə yer alıb.
43 yaşlı model "Victoria's Secret Fashion Show" moda nümayişində gəzəcəyini paylaşımında "Evə qayıdıram" qeydi ilə təsdiqləmişdi.
Nyu-Yorkun Bruklin şəhərində keçirilən şouda brendin Gigi Hadid, Tyra Banks və Paloma Elsesser kimi tanınmış adları da podiumda yer alıblar.
Aysel