Vidadi Zeynalov vəzifəli şəxslərdən hər ay pul alıb

Vidadi Zeynalov vəzifəli şəxslərdən hər ay pul alıb
SOSİAL
16:06 07.11.2016
1305

 

Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət işi üzrə yeni detallar üzə çıxıb.

"Report"un əldə etdiyi məlumata görə, ittiham aktında qeyd edilib ki, 2004-cü ildən RYTN-də çalışan V.Zeynalov nazirliyin tərkibində olan birliklər və MMC-lərdən hər ay pul tələb edirmiş.
Belə ki, ittiham aktında keçmiş Aparat rəhbərinin hər ay "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) rəhbərliyindən hər ay 200 min, "Teleradio" İB-nin rəhbərliyindən 10 min, "Azərpoçt" MMC-nin rəhbərliyindən 30 min və "Aztelekom" MMC-nin rəhbərliyindən 200 min manat pul tələb etdiyi göstərilib.

OXŞAR XƏBƏRLƏR