Bu gün Qarabağ Universitetində keçiriləcək "Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb.
Qeyd edək ki, forum ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.