Viktor Orban: Putin məğlub ola bilməz

Viktor Orban: Putin məğlub ola bilməz
DÜNYA
18:59 08.07.2024
245
"Putin Ukraynada atəşkəs təklifini rədd etdi, çünki bu, Ukrayna Silahlı Qüvvələri üçün faydalı olardı”.

Bunu Rusiya səfərindən sonra, Çinə səfərindən əvvəl Almaniyanın "Bild" nəşrinə geniş müsahibəsində Macarıstan Baş naziri Viktor Orban bildirib.

"ABŞ seçkilərinə yaxın 2-3 ayda cəbhədə nələr baş verəcək? Vəziyyət daha da pisləşəcək. Orada daha çox silah var və rusiyalılar qərarlıdırlar. Qarşıdurmanın enerjisi və itkilərin sayı son yeddi ayda olduğundan daha pis olacaq. Baxmayaraq ki, onlar əvvəllər də dəhşətli idilər. Qarşıda olacaqlar düşündüyümüzdən də pisdir. Hər iki tərəf bunun üçün çox səy göstərir. Hətta ukraynalılar da çoxlu yüksək keyfiyyətli silah aldıqları üçün daha optimist olublar. Ona görə də əsas arqument insan itkiləridir. Bu, ən vacib mənəvi motivasiyadır. Amma bununla yanaşı, Avropanın da maraqları var. Çünki baş verənlər bizim üçün çox pisdir”, - Orban vurğulayıb.

Macarıstan lideri qeyd edib ki, vəziyyət göz qabağındadır: "Putin və Rusiya Ukraynanı işğala başlayıb. Amma kimin nəyə görə məsuliyyət daşıdığını ölçmək istəmirəm. Mənim vəzifəm sülhə necə nail olacağına diqqəti yönəltməkdir.

Mən hər iki dövlətin və hökumətin başçılarına bir sual verdim: sülh danışıqlarını sürətləndirəcək müddətlə məhdudlaşan atəşkəs haqqında razılaşmaq olarmı? Atəşkəsdən sonra sülh danışıqlarına getmək... Çünki indi hamı bunun əksini düşünür. Əvvəlcə sülh müqaviləsi bağlanılsın, sonra silahları yerə qoyulsun. Hər iki tərəf buna əmin deyil. Həm ukraynalılar, həm də rusiyalılar eyni cavabı verdilər: atəşkəs düşmənin maraqlarına uyğundur, çünki bu müddət ərzində o, yenidən toparlana və müharibəni davam etdirməyə hazırlaşa biləcək".

Orban deyib ki, Putinin nə baş verəcəyi və Rusiyanın necə qalib gələcəyi barədə aydın təsəvvürü var: "Eyni şey Zelenskiyə də aiddir. Putin üçün hər şey sadədir: faktlara, enerji mənbələrinə, əhaliyə baxın. Putin məğlub ola bilməz, bu, çox məntiqlidir. Müharibədə istifadə olunan əsgərlərə, silahlara və texnologiyalara nəzər salsanız, o zaman Rusiyanı məğlub etməyi təsəvvür etmək belə çətindir. Ümumiyyətlə, Rusiyaya qalib gəlmək ehtimalını hesablamaq mümkün deyil”.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib